Modern.az

Prezident dövlət büdcəsinə dəyişiklikləri təsdiqləyib

Prezident dövlət büdcəsinə dəyişiklikləri təsdiqləyib

3 İyul 2010, 15:32

Prezident İlham Əliyev «Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası qanununda dəyişikliklər edilməsi barədə» qanununun tətbiq olunması haqqında fərman imzalayıb. 

Dəyişikliklərə əsasən, büdcə gəlirləri 1,49 milyard manat artırılaraq 11,505 milyard manata, büdcə xərcləri isə 1,11 milyard manat artırılaraq 12,275 milyard manata çatdırılıb. Mərkəzləşdirilmş gəlirlər 11,0728 milyard manat, yerli gəlirlər 432,196 milyon manat, mərkəzləşdirilmiş xərclər 11,081 milyard manat, yerli xərclər 1,194 milyard manat səviyyəsində müəyyənləşib.

Dəyişikliklər nəticəsində büdcənin kəsiri 770,3 milyon manat azaldılaraq 1,249 milyard manata çatdırılıb. Bununla da dövlət büdcəsinin kəsri ümumdaxili məhsulun həcmində 3,9 faizdən 2,3 faizədək azalıb. Kür, Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı xərclər üçün 300 milyon manat ayrılıb.

Xatırladaq ki, ötən ay Milli Məclis  98 səs lehinə 5 səs əleyhinə olmaqla 2010-cu il dövlət büdcəsinə dəyişikliklər edilməsi barədə qanun qəbul edib.

Dəyişikliklər nəticəsində neftə olan büdcə qiyməti bir barel üçün 45 dollardan 65 dollaradək yüksəldilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var