Modern.az

Rövnəq Abdullayev: “Meksikadakı fəlakətin Xəzərdə baş verməməsi üçün tədbirlər görulüb”

Rövnəq Abdullayev: “Meksikadakı fəlakətin Xəzərdə baş verməməsi üçün tədbirlər görulüb”

Ölkə

29 İyul 2010, 09:59

st1:*{behavior:url(#ieooui) }

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Meksika  körfəzində baş vermiş  fəlakətli qəzadan sonra Xəzərdə bu cür qlobal qəzanın baş verməməsi üçün bütün tədbirləri görüb. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev “İzvestiya” qəzetinə verdiyi müsahibədə bildirib. Onun sözlərinə görə, Meksikada baş vermiş qəzadan sonra bütün dünya  bu cür  fəlakətlərin nəticələrinin aradan qaldırılmasının nə qədər çətin olduğunu gördü.  Amerika bp şirkəti qarşısında ətraf mühitin reabilitasiyası üçün ehtiyat fondu (20 milyard dollar) yaratması barədə öhdəlik qoyub.

 

“ARDNŞ  Xəzər ekologiyasını bu cür fəlakətlərdən  qorumaq üçün hansı tədbirlər görür”sualına cavabında ARDNŞ prezidenti Rövnəq Abdullyaev qeyd edib ki, bu, Meksika körfəzində son on illərdə baş vermiş ən iri qəzadır. “Məsələ heç də təkcə onda deyil ki, ABŞ bp qarşısında 20 milyard dollarlıq ehtiyat fondu yaratmaq öhdəliyi qoyub, məsələ həm də ondadır ki, insanın təbiətə vurduğu ən ən böyük zərəri gördük. Həm də bu təkcə hansısa kiçik bir neft şirkətinin fəaliyyətində deyil, öz sahəsində dünya lideri olan bir şirkətin fəaliyyəti ilə bağlıdır. Əgər 10 il əvvəl dünya mətbuatında bp-nin 10 km dərinlikdən neft hasil etməsindən danışılırdısa, indi qəzetlər bp-nin texniki təhlükəsizllik sahəsində buraxdığı səhvlərdən yazır. Dünyanın bütün neft şirkətləri, eləcə də ARDNŞ öz tərəfindən müvafiq nəticələr çıxarmalıdır. Neft və qaz sahəsində, xüsüsən də dəniz akvatoriyasında  işlər aparılarkən təhlükəsizliyin təmin olunması məsələsi  Azərbaycan Nazirlər Kabinetinin, edəcə də ARDNŞ-ın  iclaslarının birində müzakirə mövzusu olub”.    

 

ARDNŞ prezidenti qeyd edib ki,  Meksika qəzasından sonra şirkətin müəssisə və təşkilatlarında təhlükəsizliyin təmin olunması məsələsi ciddi müzakirə olunub. “Bizim məqsədimiz bütün iş yerlərində işlərin qəzasız aparılmasını təmin edən yeni texnika vasitələrin tətbiq olunması və bütün mümkün risklərin müəyyən olunması və təhlükəsiz iş şəraitinin yaradılmasıdır”.

 

Onun sözlərinə görə,  bp-nin Azərbaycandakı fəaliyyəti də diqqətdən kənarda qalmayıb. “Çünki bp  “Azəri-Çıraqlı-Günəşli”  və “Şahdəniz”  2 əsas konrtraktın operatorudur. Bu layihələr çərçivəsində Azərbaycanda neft və qazın əsas hissəsi hasil olunur. “bp-Azərbaycan” rəhbərliyi tərəfindən təhlükəsizliyin təmin olunması istiqamətində işlər aparılır”. O qeyd edib ki, yalnız ARDNŞ və Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin birgə səyləri ilə bu sahədə qarşıya qoyulmuş məqsədə çatmaq olar. 

ARDNŞ-ın beynəlxalq fəaliyyətindən danışan Rövnəq Abdullayev qeyd edib ki, rəhbərlik etdiyi şirkətin Avropa və Asiyada 11 nümayəndəliyi var. Dünyanın aparıcı reytinq agentliklərinin qiymətləndirmələrinə görə, ARDNŞ 2009-cu ildə dünyanın ən nəhəng 50 neftqaz kompaniyası sırasına daxildir. 2010-cu il yanvarın 1-ə görə ARDNŞ-in aktivləri 10 milyard dollardan artıqdır. 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü