Modern.az

700 bal toplayan abituriyentlər (foto)

700 bal toplayan abituriyentlər (foto)

29 İyul 2010, 11:50

Modern.az onları bir-bir tanıdır Yenicə başa çatan ali məktəblərə qəbul imtahanlarında 7 abituriyent  test kitabçasındakı bütün 125 sualın hamısına düzgün cavab verməklə 700 bal toplayıb. Qeyd edək ki, IV ixtisas qrupu üzrə 3 nəfər, I ixtisas qrupu üzrə 2 nəfər, II ixtisas qrupu üzrə də 2 nəfər 700 bal toplayıb. Yalnız III ixtisas qrupundan heç kim 700 bal toplaya bilməyib. Modern.az dünən onlardan ikisini oxuculara tanıtmışdı. Bu gün növbəti 700 bal toplayan abituriyenti təqdim edirik. Beləliklə, müsahibimiz II ixtisas qrupu üzrə ən yüksək nəticə əldə edən abituriyent İlkin Məsimovdur.  

Beləliklə, 700 bal toplayan builki abituriyentlər uğurları barədə Modern.az-a danışırlar. Qeyd edək ki, ötən ilki qəbul imtahanlarında iki nəfər 700 bal toplaya bilmişdi. Onların hər ikisi III qrupdan olan abituriyentlər idi.   “Yeddilər”in üçüncüsü ilə tanış olaq. II ixtisas qrupu üzrə imtahan verərək ən yüksək nəticə əldə edən İlkin Məsimov əslən Şəki şəhərindəndir. Bakıda yaşayır. Fizika, riyaziyyat və informatika təmayüllü Liseyi bitirib. Yeddinci sinfə kimi isə 282 saylı orta mətəbdə təhsil alıb.  O, həmçinin Bakıdakı “Araz” hazırlıq kursunun iki il dinləyicisi olub: “10-cu sinifdən  “Araz” hazırlıq kursuna getmişəm. Keyfiyyətli dərs keçdiklərinə görə, bu kursu seçdim. Seçimimdə də yanılmamışam”.

 

İlkin Məsimovun sözlərinə görə kurslara, repititor  yanına getmədən 700 bal toplamaq mümkün deyil: “Kurslara, repititor yanına getmədən bəlkə də yüksək nəticə əldə etmək olar. Ancaq bu çox nadir hallarda baş verə bilər”. 

İlkin uğura nail olmağı düzənli şəkildə çalışmaqda görür: “Əvvəllər mən də dərslərimi sistemli şəkildə qurmamışdım. Oxumağımı son vaxtlar sistemə salmışdım. Sonda da   qəbul imtahanına beş gün qalmış hər gün bir dərs oxuyurdum. Eyni zamanda  müəllim və valideynlərim də belə uğur qazanmağımda yardımçı oldular”.

 

II qrupun birincisi olan bu abituriyent qəbul imtahanında 700 bal toplayacağına əvvəllər inanmadığını söyləyir: “Öncələr 700 bal toplayacağıma inanmırdım. Sonralar qəbul imtahanına bir-iki ay qalmış özümə inanmağa başladım”. 

 

Modern.az saytının təqdim etdiyi digər qalib abituriyentlər kimi İlkin də sınaqlarda heç bir zaman 700 bal toplamayıb: “Sınaq imtahanlarında adətən 650-655 bal civarında toplayırdım. Heç bir zaman belə yüksək nəticəm olmayıb. Qəbul imtanından çıxan zaman ilk olaraq cavabları “Araz” hazırlıq kursunda yoxlatdırdım. Daha da əmin olmaq üçün də “Space” telekanalında yayımlanan verilişi gözlədim. Tarix fənnindən bir az ehtiyat edirdim. Sükürlər olsun ki, bu fənnin də bütün suallarını düzgün cavablandırdım. İlk təbrik edən isə anam və bacım oldu”.

 

İlkin Qafqaz Univeristenin iki ixtisasından birini seçəcəyini bildirir: “Qafqaz Univeristetinin Sənaye mühəndisliyi, ya da Maliyyə-kredit ixtisasını seçəcəm”.

İlkin Məsimov hesab edir ki, xaricdə təlsil almağa görə, Qafqaz Universiteti daha yaxşıdır: “Xaricdə təhsil almaq istəyirəm. Bu baxımıdan Qafqaz Universiteti daha yaxşıdır. Fikrim var ki, Amerikada təhsil alım”. 

II qrupda yüksək nəticə əldə edən İlkinin gələcək abituriyentlərə və özünə də tövsiyyəsi: “Gündəlik dərsləri yaxşı oxumaq, sınaq imtahanlarında daha çox iştirak etmək lazımdır. Sınaqlarda az bal toplayanda ruhdan düşməməli, nə də ki, yüksək bal toplayanda arxayınlaşmamalı. Bununla yanaşı, düzənli şəkildə də çalışmaq lazımdı. Mən bundan sonra daha çox bədii ədəbiyyat oxuyacam. Qəbul imtahanına hazırlaşan zaman əlavə bədii ədəbiyyat oxumağa vaxtım olmurdu. İndi bədii ədəbiyyatla maraqlanmağa vaxtım olacaq”.

Təhminə Paşayeva

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü