Modern.az

Prezident Şabran dairəvi yolunun və körpü kompleksinin açılışında iştirak etib

Prezident Şabran dairəvi yolunun və körpü kompleksinin açılışında iştirak etib

12 Avqust 2010, 13:58

Avqustun 12-də Prezident İlham Əliyev Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun üzərində yerləşən Şabran dairəvi yolunun və körpü kompleksinin açılışında iştirak edib.
Nəqliyyat naziri Ziya Məmmədov məlumat verərək bildirib ki, körpünün ümumi uzunluğu 540 metr, eni 23 metr, hündürlüyü isə 18 metrdir. Hərəkət hissəsi 4 zolaqdan ibarət olan körpünün hər iki tərəfində piyadalar üçün 1,5 metr enində səki salınıb. Körpünün üzərindəki ayırıcı zolaqda paslanmayan metaldan düzəldilmiş 23 işıq dirəyi quraşdırılıb.
Nəqliyyat vasitələrinin təhlükəsizliyinin təmin edilməsi üçün körpünün üzərində iki qoruyucu sədd düzəldilib. Üçmərtəbəli dayaqlar üzərində tikilmiş körpü 16 aşırımdan ibarətdir. Hər aşırımın uzunluğu 32 metrdir.
Körpü 8-9 ballıq seysmik təsirlərə davam gətirməyə hesablanıb. Baş verə biləcək sel və daşqın sularının tənzimlənməsi üçün burada beton istinad divar nizamlayıcı sistem yaradılıb.
Körpünün inşa edildiyi ərazi sürüşmə zonası hesab edilirdi. Bu ərazidə 4 milyon kubmetr torpaq işi görülüb, Şabran şəhərini su ilə təchiz edən, hər birinin tutumu 500 kubmetrlik üç su anbarı sürüşmə ərazisindən köçürülərək daha təhlükəsiz yerdə inşa edilib. Ərazidəki qaztənzimləyici məntəqə də təhlükəsiz yerə köçürülüb.
Bütün bu işlərdən sonra müasir standartlara cavab verən yol çəkilmiş və körpu ilə birləşdirilib.
Prezident İlham Əliyev açılışı bildirən lenti kəsib, inşaatçıları təbrik edib, görülmüş işləri yüksək qiymətləndirib.  

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!