Modern.az

Ali məktəblərin və kolleclərin rəhbərləri cərimələnə bilərlər

Ali məktəblərin və kolleclərin rəhbərləri cərimələnə bilərlər

13 Avqust 2010, 12:45

“Təhsil haqqında” Qanunun 14.18-ci bəndinə uyğun olaraq ölkədə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri Prezidentin 23 fevral 2010-cu il tarixli, 225 nömrəli Fərmanı ilə təsdiq olunmuş Əsasnaməyə görə «Tələbə-məzun» dövlət elektron məlumat sisteminə qoşulmalıdırlar.
Modern.az-ın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov bildirib.

“Bununla əlagədar ali və orta ixtisas təhsili müəssisələri tələbə və magistrlər, akademik müvəffəqiyyət, ixtisas dəyişmələri, başqa təhsil müəssisəsindən köçürmələr, (o cümlədən xarici ölkələrdən), tələbələr sırasından xaric edilmələr, bərpalar və əsasnamədə göstərilən digər məlumatları həmin sistemə daxil etməlidirlər”- deyə nazir qeyd edib.

M.Mərdanovun sözlərinə görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 348-4-cü maddəsinə əsasən ali və orta ixtisas təhsili müəssisələri «Tələbə-məzun» dövlət elektron məlumat sisteminə qoşulmadıqları və ya məlumatları həmin sistemə vaxtında, tam və ya düzgün daxil etmədikləri halda cərimə (vəzifəli şəxslər 200 manatdan 300 manatadək miqdarında, hüquqi şəxslər 2500 manatdan 3000 manatadək miqdarda) ediləcəklər.

Nazir daha sonra ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləinə bildirb: “Ali (orta ixtisas) təhsil müəssisələrində təhsil alan tələbələrin köçürmələrinin mövcud qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinə nəzarəti daha da gücləndirilmək və məlumatların elektron məlumat sisteminə vaxtında mərkəzləşdirilmiş şəkildə daxil olunmasını təmin etmək məqsədilə bildiririk ki, qeyri-dövlət və Təhsil Nazirliyinin tabeliyində olan dövlət ali (orta ixtisas) təhsil müəssisələrinə başqa müəssisələrdən və ya müəssisə daxilində bir ixtisasdan digərinə tələbələrin köçürmələri və xarici ölkə təhsil müəssisələrindən xaric olunanların bərpası Təhsil Nazirliyinin, başqa nazirlik, komitə, idarə və təşkilatların tabeliyində olan ali (orta ixtisas) təhsili müəssisələrində isə həmin qurumların razılığı əsasında həyata keçiriləcəkdir.

Qeyd olunanları nəzərə alıb mövcud qanunvericilikdə müəyyən olunmuş müddətdə köçürmələr başa çatdıqdan sonra elektron məlumat sisteminə daxil etmək üçün rəhbərlik etdiyiniz təhsil müəssisəsində köçürülmələr barədə məlumatı əlavə edilmiş formaya uyğun bir həftə müddətində Təhsil Nazirliyinə təqdim etmək Sizə tapşırılır”.

Modern.az        

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü