Modern.az

I Avropa Oyunlarının açılışından FOTOREPORTAJ

I Avropa Oyunlarının açılışından FOTOREPORTAJ

Reportaj

12 İyun 2015, 22:50


Modern.az
xəbər verir ki, iyunun 12-si axşam saat 21-də Azərbaycanın paytaxtı Bakı şəhərindəki Olimpiya Stadionunda I Avropa Oyunlarının açılış mərasimi baş tutub. Aşılışı izləmək üşün gələn yerli və xarici vətəndaşlar 68 min yerlik stadionu doldurublar.

Açılış mərasimini izləyənlər arasında ali qonaqlar da olub: Stadionun VİP tribunasında Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki əyləşiblər. Oyunların açılış mərasimində iştirak etmək üçün Bakıya gəlmiş mötəbər qonaqlar arasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko, Serbiya Prezidenti Tomislav Nikoliç, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Monteneqro Prezidenti Filip Vuyanoviç, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniç, Monako Şahzadəsi II Albert, Lüksemburqun Böyük Hersoqu Anri, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Qazaxıstanın Baş naziri Kərim Məsimov, Rumıniyanın Baş naziri Viktor Ponta, Bolqarıstanın Baş naziri Boyko Borisov, Səudiyyə Ərəbistanı Krallığının şahzadəsi Abdullah Bin Musaad Bin Əbdüləziz, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti şeyx Əhməd əl-Fahad Əl-Sabah, ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri, eləcə də San-Marino, İsveçrə, Böyük Britaniya, Slovakiya, Çexiya, İran, Ukrayna, Oman, Küveyt, Qətər və digər ölkələrin yüksək səviyyəli rəsmi şəxsləri, tanınmış ictimai-siyasi xadimlər, dünya idman ictimaiyyətinin görkəmli nümayəndələri var.

Mərasimdə Azərbaycan Dövlət Simfonik Orkestri dövlət himnini səsləndirib, Azərbaycan Respublikasının dövlət bayrağı stadiona gətirilib.

Avropa Oyunlarının məşəlini stadiona iki dəfə paralimpiya oyunları çempionu, iki dəfə dünya çempionu, beş dəfə Avropa çempionu İlham Zəkiyev Jan Sibeliusun “5-ci Simfoniya”sının sədaları altında gətirib. Gənclərin Olimpiya Oyunlarında taekvondo üzrə qızıl medala layiq görülmüş Səid Quliyev İlham Zəkiyevlə yanaşı addımlayıb.

Daha sonra idmançıların paradı olub. Bu mərasim 50 təbilçinin çaldığı gurultulu təbil sədaları ilə müşayiət olunub. İlk olaraq Olimpiya Oyunlarını dünyaya bəxş etmiş ölkənin – Yunanıstanın idmançıları səhnəyə daxil olublar. Digər ölkələrin komandaları onun arxasınca əlifba sırası ilə gəliblər. Sonda ev sahibi Azıərbaycan idmançıları meydana daxil olublar. 

Ölkəmiz Oyunlarda 291 idmançı ilə təmsil olunur. Onların keçidi Mənsum İbrahimovun ifasında “Qarabağ şikəstəsi” muğamı ilə müşayiət olunub. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva idmançılarımızı hərarətlə salamlayıbar.

Açılış mərasiminin sürprizlərindən biri də dünya şöhrətli müğənni Ledi Qaqanın ifası olub. O, piano arxasında əyləşərək “İmagine” (“Xəyal et”) mahnısını ifa edib. Müğənninin ifası alqışlanıb.
Daha sonra stadiona Avropa Olimpiya Komitəsinin (AOK) bayrağı gətirilib. Onu səhnəyə Avropanın müxtəlif ölkələrindən olan səkkiz Olimpiya çempionu - Namiq Abdullayev (Azərbaycan), Lüsi Dekosse (Fransa), Servet Tazegül (Türkiyə), Nikkolo Kampriani (İtaliya), Keti Teylor (İrlandiya), Tomas Bimis (Yunanıstan), Kriztina Fazekas Zur (Macarıstan), Yelena Zamolodçikova (Rusiya) gətiriblər.

Azərbaycanın birinci xanımı, “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya çıxış edib. Birinci xanım bütün Azərbaycan xalqını Avropa Oyunları münasibətilə təbrik edib

Sonra Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki danışaraq, bu günün tarixi hadisə olduğunu bildirib.

Nəhayət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev I Avropa Oyunlarını açıq elan edib.

Stadionda atəşfəşanlıq olub.





















































Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü