Modern.az

İTV-nin bu günkü debatı: Hacı İqbal, peşə müəllimi, “Karat”ın şefi, Aqil Abbas, “Lider”çi Sahib Alıyev, qum karxanasının müdiri, “Mətanət A”nın işçisi….

İTV-nin bu günkü debatı: Hacı İqbal, peşə müəllimi, “Karat”ın şefi, Aqil Abbas, “Lider”çi Sahib Alıyev, qum karxanasının müdiri, “Mətanət A”nın işçisi….

Təhsil

1 Noyabr 2010, 20:58


İctimai Televiziyanın bir saatdan sonra başlayacaq canlı efirində 78 saylı Lerik, 79 saylı İmişli, 83 saylı Ağcabədi-Fizuli, 84 saylı Fizuli,  95 saylı Tərtər, 100 saylı Şəmkir – Daşkəsən seçki dairəsinin namizədləri debata çıxacaq.

78 saylı Lerik seçki dairəsindən debatda YAP-ın vahid namizədi, “Kaspi-Yıldız” şirkətinin baş direktoru Hacı İqbal,  “Mətanət A” şirkətinin mühasibi Raqib Məmmədov, “Kapitalbank”ın işçisi Xanhəsən Süleymanov və müəllim Dünyaxanım Kərimova olacaq.

 Onların ardınca efirə 79 saylı İmişli seçki dairəsinin təmsilçiləri çıxacaq. Rayon Təhsil şöbəsinin metodisti Vilayət Əliyev, “Araz” MMC-nin bitərəf direktoru Badil Əsgərov,  peşə məktəbinin müəllimi Əlverdi Həsənov, bitərəf Qəşəm Hüseynli və YAP-ın vahid namizədi, “Karat” Holdinqin baş direktoru Əsabil Qasımov çıxacaq. 

83 saylı Ağcabədi-Fizuli seçki dairəsi də İTV-də olacaq. Bu dairəni debatlarda Aqil Abbas, iqtisadçı Vüqar Bayramov, YAP-ın namizədi, orta məktəb direktoru Sadiq Əliyev, işsiz Nazim Hüsiyev təmsil edəcək.

Daha sonra 84 saylı Fizuli seçki dairəsnin 5 namizədi onları əvəz edəcək. Bunlar kredit icraçısı Elgün Gəraylı, işsiz Məhəmməd Həsənov,  baş mühasib, “Qarabağ” blokunun namizədi Anar İsayev, orta məktəb direktoru Sücaət Mehdiyeva və YAP-çı, vitse-spiker Bahar Muradovadır.

İTV-nin canlı debatının daha bir qonağı 95 saylı Tərtər seçki dairəsinin təmsilçiləri olacaq. Bu gün bu dairədən “Lider” TV-nin icmalçısı Sahib Alıyev, YAP-ın namizədi Əhməd Əhmədov, müstəqil YAP-çı Şölə Manafova,  qum karxanasının müdiri Akif Musayev seçicilərin görüşünə gələcək. 

100 saylı Şəmkr-Daşkəsən seçki dairəsi üzrə mədəniyyət işçisi Fərhad Cəfərov, sahibkar Anar Həsənov, mühəndis Arzu Qəribov və deputat Mübariz Qurbanlı da efirdə olacaqlar.

Bundan başqa, 40 saylı Kəpəz ikinci və 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə debatlarda iştirak etməyən iki namizəd onlarla birlikdə efirdə olacaq.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı