Modern.az

Baytarlıq Xidməti: “Ola bilsin, hansısa bölgədə ev quşlarının təbii ölümü baş verir, amma...”

Baytarlıq Xidməti: “Ola bilsin, hansısa bölgədə ev quşlarının təbii ölümü baş verir, amma...”

Ölkə

26 Noyabr 2010, 12:08

“Rayonlarda ev quşlarının kütləvi şəkildə  tələf olunması barədə məlumat yoxdur”.Bu sözləri Modern.az-a açıqlamasında Respublka Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli rayonlarda quşların kütləvi şəkildə tələf olması ilə bağlı m’tbuatda yayılan məlumatı şərh edərkən bildirib. Onun sözlərinə görə, ola bilsin fəsillə və yaxud qurd xəstəlikləri olan “askartyoz”la əlaqadar olaraq hansısa təsərüfatlarda quşlar arasında tələfat müşahidə olunur və yaxud quşların təbii ölümü də baş verə bilər.

“Bunların hamısı o demək deyil ki, ölkəmizdə quşlar arasında kütləvi tələfat var. Bu cür fikirlər tamamilə yanlış fikirlərdir. Ölkəmizdə istər quşlar, istərsədə heyvanlar arasında epizotik vəziyyət sabitdir”-deyə Y.Xanvəli qeyd edib.

O, həmçinin vurğulayıb ki, ölkəmizdə ev quşları Dövlət Baytarlıq Xidmətinin epizotik tədbirlər planına uyğun olaraq müxtəlif xəstəliklərə qarşı “Lasota” və H” ştampları ilə peyvənd edilir. 2010-cu ilin 10 ayının nəticələrinə görə  “H” ştampı ilə 17632578 sayda quşlarda vaksinasiya tədbirləri aparılıb.

Dövlət Baytarlıq Xidmətinə dövlət xətti ilə verilən vaksindir. Bu vaksinin hesabına ölkədəki təsərüfat quşları vaksinasiya olunub.


Mail Ağaxanov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü