Modern.az

YAP-çı deputat: “Müsavatdakı istefalar «yarpaq tökümü”dür, davamı olacaq”

YAP-çı deputat: “Müsavatdakı istefalar «yarpaq tökümü”dür, davamı olacaq”

30 Noyabr 2010, 16:50

«Müsavat Partiyasında baş verən növbəti istefa dalğası gözlənilən idi. Əslində bunu yarpaq tökümü də adlandırmaq olar».
Modern.az xəbər verir ki, bu fikirləri hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, vitse-spiker Bahar Muradova Müsavat Partiyası Məclisinin sədri Sülhəddin Əkbərin öz postundan və Məclis üzvlüyündən, o cümlədən, Divan üzvü İbrahim İbrahimlinin bütövlükdə partiyadan istefa verməsinə münasibətini açıqlayarkən bildirib.

Vitse-spikerin sözlərinə görə, artıq neçə illərdir ki, sözügedən partiyada bu cür istefalar yaşanır və bu baxımdan, baş verənlər sonuncu da sayıla bilməz: «Diqqət yetirsəniz görərsiniz ki, bu partiya fəaliyyət göstərdiyi ötən illər ərzində dəfələrlə belə  hadisələrlə üz-üzə qalıb. Partiyanın tanınmış, ünlü simaları onun rəhbərliyinin tutduğu mövqeylə razılaşmayaraq zaman-zaman bu təşkilatdan istefa veriblər, oradan uzaqlaşıblar. Özü də bu cür hallar Müsavatda daha çox parlament və prezident seçkilərindən sonra yaşanır. İndi də Müsavatda növbəti istefa dalğası yaşanır, deyərdim ki, bu, heç də sonuncu deyil və sayıla bilməz. Eyni zamanda, əgər kimlərdəsə az-çox vicdan qalıbsa və onlarda Azərbaycan insanı adını daşımaq hissi ölüb-getməyibsə, həmin şəxslər də bu partiyadan istefa verib uzaqlaşmalıdırlar. Hesab edirəm ki, bu, belə də olacaq. Müsavatda  baş verənlər birinci dəfə olmadığı kimi, sonuncu da deyil və olmayacaq. Bunun davamı gələcək».

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü