Modern.az

Ukraynalı deputat Dövlət Komitəsində olub  

Ukraynalı deputat Dövlət Komitəsində olub  

Aktual

11 Avqust 2021, 17:18

Ukrayna Ali Radasının Azərbaycan Respublikası ilə parlamentlərarası əlaqələr üzrə deputat qrupunun həmsədrinin müavini Lyudmila Marçenko  Azərbaycana səfəri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb. 

 

Komitədən Modern.az-a verilən məlumata görə, Ali Radanın deputatı Lyudmila Marçenkonu salamlayan Komitə sədri dünya  ictimaiyyətin məlumatlandırılmasında, erməni yalanlarının ifşa olunmasında dost Ukrayna  xalqının Azərbaycana dəstəyini yüksək qiymətləndirdiyini  və iki ölkə arasında münasibətlərin daha  da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib.

 

Səmimi qəbula görə  Komitə rəhbərinə təşəkkür edən Lyudmila Marçenko   Azərbaycanın qazandığı böyük Zəfərin önəminə toxunub və bu Zəfərdən  sonra Azərbaycanla Ukrayna arasında əməkdaşlıq üçün yeni imkanlar yarandığını bildirib.

 

Deputat ölkələrimiz arasında informasiya mübadiləsinin gücləndirilməsinin aktual mövzu olduğunu xüsusi ilə vurğulayıb və “Azərbaycan-Ukrayna” Beynəlxalq Media Platformasının yaradılması üçün fəal əməkdaşlığa başlanıldığını əlavə edib.

 

Qeyd edək ki, Lyudmila Marçenkonu Azərbaycan səfərində “Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu” Ümumukrayna İctimai Təşkilatının sədri Hikmət Cavadov müşayət edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi