Modern.az

Türkiyədə avtobus qəzası - 39 nəfər yaralandı

Türkiyədə avtobus qəzası - 39 nəfər yaralandı

Dünya

29 Noyabr 2022, 09:44

Türkiyədə sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 39 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Modern.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Bartın şəhərindən Zonquldak istiqamətində hərəkətdə olan avtobus yoldan çıxaraq aşıb.

 

Əraziyə jandarm və təcili yardım briqadaları cəlb edilib. Yaralılar ilkin tibbi yardımdan sonra xəstəxanaya yerləşdirilib.

 

Hazırda hadisənin səbəblərinin öyrənilməsi istiqamətində araşdırmalar aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi