Modern.az

Avtobus sürücüləri aksiya keçirdi - FOTO

Avtobus sürücüləri aksiya keçirdi - FOTO

Aktual

11 İyun 2016, 13:49

Bir neçə gün əvvəl ləğv edilən 18 və 96 saylı avtobusların sürücüləri aksiya keçirib.

 

“Qafqazinfo” xəbər verir ki, sözügedən xəttlərdə işləyən avtobus sürücüləri “Xaliq Faiqoğlu” şirkətinin qarşısına toplaşıblar.

 

200-ə yaxın işsiz sürücü şirkət rəhbərliyindən işə bərpa olunmalarını tələb ediblər. Sürücülər maddi vəziyyətlərinin pis olduğunu, bir çoxlarının banklarda kredit borclarının olduğunu qeyd ediblər.

 

Şirkət rəhbərliyi sürücülərə aidiyyatı dövlət qurumlarına müraciət edildiyini, problemin həllinə çalışdıqlarını bildirib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək