Modern.az

"Neftçi" mübarizəni dayandırıb

"Neftçi" mübarizəni dayandırıb

Aktual

21 İyul 2016, 23:57

Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilib. Modern.az saytı xəbər verir ki, ilk mərhələdə Maltanın "Baltsan" klubunu mübarizədən kənarlaşdıran "Neftçi" bu dəfə Makedoniyanın "Şkendiya" komandasının qonağı olub. Oyunda yeganə qolu “Şkendiya”nın futbolçusu Bserat İbraimi 31-ci dәqiqәdә vurub. Bununla da iki oyunun nəticəsinə görə, 1:0 hesabı ilə uduzan "Neftçi" UEFA Avropa Liqasında mübarizəni dayandırıb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok