Modern.az

Rusiya həbsxanasında “Brat” ləqəbli azərbaycanlı ölüb

Rusiya həbsxanasında “Brat” ləqəbli azərbaycanlı ölüb

Aktual

31 Avqust 2016, 21:11

Rusiyanın Saratov şəhərində cəzaçəkmə müəssisəsində azərbaycanlı məhkum ölüb. Modern.az saytı xəbər verir ki, Saratov Vilayəti Azərbaycanlıları Konqresinin sədri Vladimir Muradov APA-ya bildirib ki, ölən şəxs əslən Azərbaycanın Siyəzən rayonundan olan, Rusiya Federasiyasının vətəndaşı, “Brat” ləqəbli Abdullayev İlham Səttar oğludur.

 

İ. Abdullayev ötən gün cəza çəkdiyi müəssisədə dünyasını dəyişib. Ölümün səbəbi hələlik açıqlanmayıb.

 

Onun nəşi yaxın günlərdə Azərbaycana gətirilərək doğulduğu Siyəzən rayonunda dəfn olunacaq.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok