Modern.az

Azərbaycan Ordusuna yeni növ kamikadze tipli pilotsuz uçuş aparatları verilir

Azərbaycan Ordusuna yeni növ kamikadze tipli pilotsuz uçuş aparatları verilir

27 Sentyabr 2016, 18:01

Sentyabrın 27-də Bakı Ekspo Mərkəzində "ADEX 2016" İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisi çərçivəsində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə müdafiə sənayesi naziri cənab Yavər Camalov arasında Silahlı Qüvvələrin yerli istehsal olan pilotsuz uçuş aparatları ilə təmin edilməsi barədə anlaşma memorandumu imzalanıb.

Modern.az xəbər verir ki, sənədə əsasən Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan yüzlərlə yeni növ kamikadze tipli "Zərbə" və kəşfiyyat-müşahidə xarakterli pilotsuz uçuş aparatları yaxın vaxtlarda Silahlı Qüvvələrin istismarına veriləcək.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək