Modern.az

Normadan artıq yüklənmiş maşınlara cərimə kəsilir

Normadan artıq yüklənmiş maşınlara cərimə kəsilir

27 Oktyabr 2016, 11:10

Normadan artıq yüklənmiş bir neçə yük maşını yol polisi əməkdaşları tərəfindən cərimə edilib.

Bu haqda Modern.az-a “Azəravtoyol” ASC tərəfindən məlumat verilib.

Qeyd edilib ki, "Kamaz” markalı yük maşınında icazə verilən 27 ton əvəzinə 36 ton yük olub:

“Sürücüyə DYP əməkdaşları tərəfindən 600 manat cərimə tətbiq edildi, artıq yükü boşaldıldı, yalnız bundan sonra yenidən hərəkətinə icazə verildi”.

Məlumatda bildirilib ki, bu cür maşınlar yol infrastrukturuna ziyan vurmaqla yanaşı, digər hərəkət iştirakçıları üçün əsl təhlükə mənbəyidir.

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!