Modern.az

Türkiyədə referendumun nəticələri təsdiqləndi

Türkiyədə referendumun nəticələri təsdiqləndi

27 Aprel 2017, 22:35

Türkiyədə keçirilən referendumun nəticələri təsdiqlənib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Ali Seçki Şurası (ASŞ) konstitusiyaya dəyişikliklərin edilməsinə dair referendumun nəticələrini təsdiq etdiyini açıqlayıb.

Qurum rəhbəri Sədi Güvən seçicilərin 51,41 faizinin prezident idarəetmə sisteminə keçidi dəstəklədiyini bəyan edib: “Referendumda seçici fəallığı 87,45 faiz olub. Seçicilərin 51,41 faizi “lehinə”, 48,59  faizi isə “əleyhinə” səs verib”.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək