Modern.az

“İnter”lə “Zirə”nin Avropa Liqasındakı rəqibi məlum oldu

“İnter”lə “Zirə”nin Avropa Liqasındakı rəqibi məlum oldu

Aktual

19 İyun 2017, 15:54

Bu gün İsveçrənin Sürix şəhərində Avropa Liqasının 2017-2018 mövsümünün II təsnifat mərhələsinin  püşkatması keçirilib.

Modern.az-ın məlumatına görə, püşkün nəticəsinə əsasən Azərbaycan təmsilçisi  “İnter" Serbiyanın "Mladost" komandası ilə qarşılaşacaq.

Digər təmsilçimiz "Zirə" isə Lüksemburqun "Differdanj"ı ilə üz-üzə gələcək.

Qeyd edək ki, ilk oyunlar iyunun 29-da, cavab görüşləri iyulun 6-da keçiriləcək. "İnter" mübarizəyə səfərdə, "Zirə" isə evdə başlayacaq.

 

Mirmahmud KAZIMOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok