Modern.az

ABŞ-dan Zəhranın qətli ilə bağlı bəyanat

ABŞ-dan Zəhranın qətli ilə bağlı bəyanat

Aktual

7 İyul 2017, 00:30

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskinləşməsi ilə bağlı xüsusi bəyanatla çıxış edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bəyanatda ABŞ-ın narahatlığı ifadə olunur: "Dağlıq Qarabağda atəşkəs yenidən pozulub. Bu, dinc əhali arasında, o cümlədən 2 yaşlı uşağın ölümünə gətirib çıxarıb. Biz ölənlərin ailələrinə başsağlığı veririk. Həmçinin tərəfləri atəşi dayandırmağa və danışıqlar masasının arxasına keçməyə çağırırıq. Bu münaqişə beynəlxalq hüquq çərçivəsində həll edilməlidir”.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok