Modern.az

Borçalıda ölümə aparan virus tapıldı - TƏHLÜKƏ

Borçalıda ölümə aparan virus tapıldı - TƏHLÜKƏ

20 İyul 2017, 13:55

Gürcüstanın Bolnisi rayonunda Denqe virusuna yoluxma halı qeydə alınıb.

 

Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, təhlükəli virus Fazisi kəndinin sakinində aşkarlanıb. Gənc oğlan xəstəxanaya yerləşdirilib.

 

Artıq Gürcüstan Səhiyyə Nazirliyi virsunun yayılmasının qarşısını almaq üçün Bolnisiyə 10 həkim göndərib.

 

Denqe virusu Aedes aegypti növündən olan ağcaqanadlar tərəfindən yayılır. Bu zaman insanlarda 40 dərəcəyə qədər qızdırma, göz ağrısı, əzələ ağrıları müşahidə olunur. Denqe xəstəliyi pasinetlərin ölümünə də yol aça bilər.

 

Vüqar İSMAYILOV

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək