Modern.az

Xədicə İsmayılın ölkədən çıxışına qadağa götürülmədi

Xədicə İsmayılın ölkədən çıxışına qadağa götürülmədi

Aktual

9 Oktyabr 2017, 14:19

Oktyabrın 9-da Bakı Apellyasiya Məhkəməsində “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılın şikayətinə baxılıb. Apellyasiya şikayəti jurnalistin ölkədən çıxışına qoyulmuş məhdudiyyətlə bağlı idi.

Modern.az xəbər verir ki, X.İsmayıl Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, ölkədən çıxışına qadağanın qaldırılmasını istəmişdi. Jurnalist iddiasını əsaslandırarkən göstərib ki, peşə fəaliyyəti ilə əlaqədar bir sıra beynəlxalq tədbirlərə dəvət olunsa da, bu məhdudiyyət üzündən iştirak edə bilmir.

Binəqədi Rayon Məhkəməsi avqustun 10-da verdiyi qərarla jurnalistin iddiasını təmin etməyib. Apellyasiya şikayəti də həmin qərardan verilib.

Bakı Apellyasiya Məhkəməsində Namiq Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası da şikayəti təmin etməyib – qərar qüvvədə saxlanılıb.

X.İsmayılın ölkədən çıxışının məhdudlaşdırılması ilə bağlı daha bir iddiasına isə oktyabrın 10-da yenə Binəqədi Rayon Məhkəməsində baxılacaq.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok