Modern.az

Naxçıvandakı hərbi potensial işə düşsə, Ermənistanda daş-daş üstə qalmayacaq...

Naxçıvandakı hərbi potensial işə düşsə, Ermənistanda daş-daş üstə qalmayacaq...

Aktual

20 Oktyabr 2017, 13:19

“Bu günlərdə Naxçıvan Muxtar Respublikasında keçirilən möhtəşəm hərbi parad Serj Sarksiyana tutarlı cavab idi. Hələ Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu Azərbaycan ordusunun kiçik bir hissəsidir.

 

Odur ki, Sarksiyan və ermənilər o paradı izləyib ağlını başına yığmalıdır”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

 

O bildirib ki, artıq 90-cı illər deyil.

 

“O zaman Azərbaycan daxilində kifayət qədər problemlər olduğundan torpaqlarımız işğal olundu.

 

İndi tamamilə başqa Azərbaycandır. Ermənilər unutmasın, əgər Naxçıvandakı hərbi potensial işə düşsə, Ermənistanda daş-daş üstə qalmayacaq!”

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!