Modern.az

Fələstin İsraillə bütün sazişləri ləğv etdi

Fələstin İsraillə bütün sazişləri ləğv etdi

Aktual

13 Dekabr 2017, 14:22

Fələstin İsraillə bütün sazişləri ləğv edir.

 

Bunu bu gün İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsinə həsr olunmuş iclasında çıxışı zamanı Fələstin rəhbəri Mahmud Abbas bəyan edib.

 

M.Abbas qeyd edib ki, bu addım Qüdsün İsrailin paytaxtı kimi tanınması qərarına etiraz olaraq atılıb.

 

Qeyd edək ki, dekabrın 6-da ABŞ Prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıda hoteldə faciə - İKİ NƏFƏR ÖL*Ü