Modern.az

İsa Qəmbər xəstəxanaya yerləşdirildi

İsa Qəmbər xəstəxanaya yerləşdirildi

Aktual

13 Yanvar 2018, 20:16

Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər xəstəxanaya yerləşdirilib. Modern.az  “Report”a istinadən xəbər verir ki, Müsavat başqanı Arif Hacılı bu gün İ.Qəmbərin ürəyində narahatlıq yarandığını açıqlayıb.

 

Arif Hacılının sözlərinə görə, İsa Qəmbər kardioloqa müraciət edib: “Həkim İsa Qəmbərə ürəyini anju etdirməyi məsləhət görüb. Daha sonra Mərkəzi Klinikada müayinələrdən keçib. Müayinələrdən sonra onun ürəyində problemlərin yarandığı məlum olub. İsa Qəmbər hazırda Mərkəzi Klinikada müalicə olunur və özünü yaxşı hiss edir”.

 

Onun sözlərinə görə, İ.Qəmbər iki gün xəstəxanada qalmalı olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək