Modern.az

Havanı zəhərləyən sexi işlədən şəxs cərimələndi

Havanı zəhərləyən sexi işlədən şəxs cərimələndi

Aktual

21 May 2018, 16:15

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə  Xətai rayonu Nobel prospekti 159 ünvanında fəaliyyət göstərən avtomobil təmiri sexindən gələn iy-qoxu ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən araşdırılıb.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı avtomobil təmir sexinin qarşısında müxtəlif növ tullantıların qalaqlanması faktı aşkar edilib. Araşdırma zamanı tullantıların sözügedən sexə məxsus olduğu məlum olub.

 

Faktla bağlı təmir sexinin icarədarı Qorxmaz Hüseynov barəsində akt və protokol tərtib olunub və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən fiziki şəxs qismində 800 manat məbləğində cərimə edilib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək