Modern.az

Deputat dərslik PROBLEMİNİ qaldırdı: “Buna artıq əncam çəkilsin!”

Deputat dərslik PROBLEMİNİ qaldırdı: “Buna artıq əncam çəkilsin!”

24 May 2018, 13:30

“Dövlət ölkədə yeni-yeni təhsil müəssisələrinin yaradılması üçün çox böyük qayğı göstərir. Amma məktəblərdə dərsliklərin keyfiyyəti artırılmalıdır. Bunun üçün müvafiq icra hakimiyyəti orqanları çox ciddi işlər görməlidir. Ən vacib məsələ orta məktəblərdə dərsliklərlə bağlı problemlərdir. Bizim dərsliklərlə bağlı iradlarımıza, nəhayət, diqqət göstərilməli, tədbir görülməlidir”.


 Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirlən iclasında çıxış edən deputat Kamilə Əliyeva deyib. Deputat bildirib ki, nə qədər ki, orta məktəb dərsliklərini ali məktəb müəllimləri hazırlayır, bu problem davam edəcək.


“Vəziyyət o yerə çatıb ki, orta məktəb dərslikləri monoqrafiyaya dönüb. Axı niyə heç kimin ağlına gəlmir ki, burada yaş senzi nəzərə alınmalıdır. Orta məktəb dərsliklərini ali məktəb tələbəsi səviyyəsində hazırlayanda, əlbəttə, ciddi problem olacaq. Hesab edirəm ki, buna artıq bir əncam çəkilməlidir, inhisarçılıq olmamalıdır. Bir dəfə demişəm, indi də deyirəm ki, dərsliklər daha çox orta məktəb müəllimlərinin özləri tərəfindən yazılmalıdır. Eybi yox, aralarında bir nəfər ali məktəb mütəxəssisi olsun. Amma ümumilikdə orta məktəb dərsliklərini orta məktəb təhsili üzrə mütəxəssislər hazırlamalıdır. Bu, sadələşdirilməli, yüngülləşdirilməlidir. Bununla yanaşı, rus məktəblərindəki ədəbiyyat fənni üzrə dərsliklər çox bərbad vəziyyətdədir. Başa düşmək olmur ki, oradakı şeirlər, hekayələr haradan götürülüb, kimlər tərəfindən yazılıb?! Nə başı var, nə ayağı. Uşaqlar çox əziyyət çəkirlər. Bunlar təcili aradan qaldırılmalıdır” .

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Müdafiə xətti yarıldı,Ordumuz irəlilədi- Bu ərazilər nəzarətimizə keçdi