Modern.az

Azərbaycanda biznes evləri yaradılacaq  

Azərbaycanda biznes evləri yaradılacaq   

Aktual

25 May 2018, 13:36

"Beynəlxalq təcrübə göstərir ki, kiçik və orta sahibkarlara göstərilən xidmətlərin vahid məkanda “bir pəncərə” prinsipi üzrə təşkili müsbət nəticələr verməklə yanaşı, həmin xidmətlərin keyfiyyətinin təmin olunmasında da mühüm rol oynayır. Məhz bu amilləri nəzərə alaraq, Agentliyin nəzdində ölkənin rayon və şəhərlərində Kiçik və Orta Biznes evlərinin yaradılması planlaşdırılır”.

Modern.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin icraçı direktoru Orxan Məmmədov deyib.

 

İcraçı direktor qeyd edib ki, Agentlik kiçik və orta biznes evlərinin təşkilini, əlaqələndirilməsini və tənzimlənməsini vahid səlahiyyətli qurum kimi həyata keçirəcək".

“Bu evlərin yaradılmasında əsas məqsəd sahibkar məmnunluğunu təmin etməklə yanaşı, göstərilən xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərinə uyğun həyata keçirilməsinə nail olmaqdır".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var