Modern.az

Sumqayıtda dənizdə boğulan 51 yaşlı kişinin meyiti tapılıb

Sumqayıtda dənizdə boğulan 51 yaşlı kişinin meyiti tapılıb

18 İyun 2018, 10:05

 

Xəzər dənizində boğularaq ölən şəxsin meyiti ailəsinə təhvil verilib.

 

Modern.az  xəbər verir ki, hadisə Novxanı çimərliyində baş verib.

 

1967-ci il təvəllüdlü Niyazov Vidadi Əlibala oğlu Novxanı çimərliyində dənizə daxil olub. Lakin o dənizdən geri qayıtmayıb.

 

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub .

 

3 gün aparılan axtarış nəticəsində onun meyiti bugün dənizin sahilə yaxın ərazində tapılıb. Meyit ailəsinə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək