Modern.az

Dənizdə boğulmaqdan xilas edilən şəxs xəstəxanaya aparılarkən yolda ölüb

Dənizdə boğulmaqdan xilas edilən şəxs xəstəxanaya aparılarkən yolda ölüb

Aktual

25 İyun 2018, 19:32

Bu gün “Zuğulba-3” sularda xilasetmə məntəqəsinin qadağan olunmuş ərazisində, çimmək qadağandır nişanına və xilasedicilərin təlimatına məhəl qoymadan, 1992-ci il təvəllüdlü İsmayılov Qabil İbrahim oğlu dənizdə çimərkən boğulmaq təhlükəsi ilə üzləşib.

 

FHN-dən Modern.az-a verilən məlumata görə, Q. İsmayılov məntəqənin xilasediciləri tərəfindən sudan çıxarılaraq Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib.

 

O, xəstəxanaya aparılarkən yolda keçinib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!