Modern.az

“Almaniya ilə bütün sahələrdə əlaqələri möhkəmləndirməyə hazırıq” - Xələf Xələfov

“Almaniya ilə bütün sahələrdə əlaqələri möhkəmləndirməyə hazırıq” - Xələf Xələfov

Aktual

4 Oktyabr 2018, 21:14

“Azərbaycan-Almaniya münasibətləri bir çox istiqamətlər üzrə inkişaf edir. Rəsmi Bakı bütün sahələrdə Berlinlə əlaqələri möhkəmləndirməyə və genişləndirməyə hazırdır”. Modern.az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov Almaniyanın birləşməsinin ildönümünə həsr olunan tədbir zamanı bildirib.

 

X.Xələfov qeyd edib ki, iki ölkə arasında əlaqələrin inkişafı movcud olan etimadın göstəricisidir: “Bakı və Berlin ikitərəfli səviyyədə və beynəlxalq platformalarda sıx əməkdaşlıq edir. İkitərəfli ticarət dövriyyəsində də artım müşahidə edə bilərik. Alman şirkətləri Azərbaycanda bir çox layihələrdə iştirak edirlər. Ümid edirik ki, kansler Angela Merkelin avqustun 25-də Azərbaycana səfəri çərçivəsində iki ölkənin işgüzar dairələrinin nümayəndələri arasında keçirilmiş görüşlər ikitərəfli iqtisadi əlaqələri daha da möhkəmləndirməyə xidmət edəcək".

 

Nazir müavini həmçinin Avropa və Almaniyanın Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü əsasında həllinə töhfə verəcəyinə ümid etdiyini bildirib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir