Modern.az

İcazəsiz ov etmək istədi, 1000 manat cərimələndi

İcazəsiz ov etmək istədi, 1000 manat cərimələndi

16 Oktyabr 2018, 11:27

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Astara rayonu ərazisində icazəsiz ova cəhd edən şəxs saxlanılıb.

Modern.az xəbər verir ki, araşdırma zamanı brakonyerin Astara rayon sakini Emil Kazımov olduğu müəyyən edilib. Ondan ov tüfəngi və digər  ov alətləri götürülüb.

Faktla bağlı  E.Kazımov barəsində protokol tərtib edilib və  o, inzibati qaydada 1000 manat məbləğində cərimə olunub.

      

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək