Modern.az

Deputat Kamran Nəbizadə İntizam Komissiyasından çıxarılıb

Deputat Kamran Nəbizadə İntizam Komissiyasından çıxarılıb

Aktual

24 Yanvar 2019, 16:49

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Kamran Nəbizadə İntizam Komissiyasının üzvlüyündən çıxarılıb.

Modern.az-ın parlamentdən əldə etdiyi məlumata görə, İntizam Komissiyasının 11 nəfərdən ibarət olan üzvlərinin siyahısına Kamran Nəbizadənin adı daxil edilməyib.

İntizam komissiyasının yeni tərkibinə deputat Ağacan Əbiyev, Məlahət İbrahimqızı, Xanlar Fətiyev, Mirkazım Kazımov, Səttar Mehbalıyev, Fazil Mustafa, Malik Həsənov, Sevinc Hüseynova, Fəzail İbrahimli, Pərvin Kərimzadə, Hikmət Məmmədovun adı daxil edilib.

 

Qeyd edək ki, Milli Məclisin yaz sessiyasına fevralın 1-dən başlanacaq.

Yaz sessiayasının ilk iclasınının gündəliyinə 38 məsələ daxil edilib. İclasda Milli Məclisinin 2019-cu il yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənəcək, İntizam komissiyasının tərkibi yenidən formalaşdırılacaq. Eyni zamanda, bir neçə qanun layihəsi müzakirə ediləcək.

 

Ümumiyyətlə isə yaz sessiyasında hökumətin, Ombudsmanın, İnsan alverinə qarşı Milli Koordinatorun və  Bələdiyyələrlə İş Mərkəzinin illik hesabatları dinləniləcək, 2018-ci ilin dövlət büdcəsinin icrası təsdiqlənəcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi