Modern.az

Bakıda dəmir yolu vağzalının tikintisində ölüm

Bakıda dəmir yolu vağzalının tikintisində ölüm

Aktual

15 Mart 2019, 22:58

Bakıda dəmir yolu vağzalının tikintisi zamanı ölüm hadisəsi baş verib. 

Modern.az “Trend”ə istinadən xəbər verir ki, hadisə Sabunçu dəmir yolu vağzalında baş verib.

 

Vağzalın inşası ilə əlaqədar yaxınlıqdan keçən yolun tikintisində traktorçu işləyən 1967-ci il təvəllüdlü Əliyev Ənvər Abdüləzim oğlu mühərriki sönülü olan traktorda sükan arxasında oturduğu zaman qəflətən ölüb.

 

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir