Modern.az

Azərbaycandakı bir neçə yeni məkanım UNESCO-nun Dünya İrs siyahısına salınması təklif ediləcək - Nazir

Azərbaycandakı bir neçə yeni məkanım UNESCO-nun Dünya İrs siyahısına salınması təklif ediləcək - Nazir

27 İyun 2019, 10:51

"Azərbaycandakı bir neçə yeni məkanın UNESCO-nun Dünya İrs siyahısına namizəd kimi irəli sürülməsi nəzərdə tutulur".

 

Modern.az-ın məlumatına görə, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, hazırda ciddi şəkildə Şəkinin Xan sarayı və şəhərin qədim hissəsinin bu siyahıya salınması üzərində iş gedir: "Bakıda bu məsələ müzakirə olunacaq və ümid edirik ki, nəticə müsbət olacaq. Bir neçə variant var və onların bəzilərində nöqsanlar mövcuddur. Onları aradan qaldırdıqdan sonra yenidən məsələyə baxılacaq. Çalışacağıq ki, məsələ həll olunsun".

 

Ə.Qarayev qeyd edib ki, Hirkan milli parkının meşələri üçün İranın nominasiyası nəzərdə tutulur:

 

"Həmin meşənin Azərbaycana düşən hissəsinin vahid məkan kimi təqdim etmək istəyirik. Bu gələcəyin məsələsidir.

 

Naxçıvanın türbələrini də siyahıya salınmasını nəzərdə tuturuq. Hazırda bu məkanlar normal vəziyyətdə olduğundan elmi cəhətdən əsaslandırılması prosesi getməlidir. Hesab edirəm ki, Azərbaycanın kifayət qədər potensialı var. Bir neçə nominasiyamız namizəd kimi təqdim olunub. UNESCO-nun müsbət cavabı gələndən sonra onların adlarını açıqlayacağıq".

 

Jalə Mehdiyeva

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müdafiə xətti yarıldı,Ordumuz irəlilədi- Bu ərazilər nəzarətimizə keçdi