Modern.az

Səhiyyə Nazirliyi qarayaraya tutulanların durumunu açıqladı

Səhiyyə Nazirliyi qarayaraya tutulanların durumunu açıqladı

Aktual

10 Sentyabr 2019, 12:17

Səhiyyə Nazirliyi Sabirabad rayonunda qarayara xəstəliyinin aşkarlandığı xəstələrin son durumu barədə məlumat açıqlayıb.

Nazirlikdən Modern.az-a bildirilib ki, hazırda xəstələrin müalicəsi davam edir.

Onların müalicəsi Sabirabad Mərkəzi Rayon Xəstəxanasında aparılır. Xəstələrin vəziyyətləri normal qiymətləndirilir.

Qeyd edək ki, sentyabrın 9-da Sabirabad sakini olan 34 və 26 yaşlı iki kişidə qarayara xəstəliyi aşkarlanıb.

Bundan əvvəl Sabirabadda daha iki nəfərdə qarayara xəstəliyi aşkarlanmışdı, onlardan biri dünyasını dəyişmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!