Modern.az

Ekologiya naziri: “Rayonlarda vəziyyət istədiyimiz səviyyədə deyil

Ekologiya naziri: “Rayonlarda vəziyyət istədiyimiz səviyyədə deyil”

Aktual

31 Oktyabr 2019, 11:44

“Tullantıların təkrar emalı ilə bağlı rayonlarda vəziyyət istədiyimiz səviyyədə deyil. Bu sahədə pərakəndəlik var".

Modern.az xəbər verir ki, bu fikirləri Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev YAP-da keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, nazirliyin növbəti məqsədlərindən biri regionlarda tullantıların idarə olunması proqramıdır:

"Bakıda isə poliqonlarda tullantıların yandırılması ilə bağlı şikayətlər daxil olur. Bu tullantıların idarə olunmasını daha çox təbiətə zərər vurmadan aparılmasına çalışırıq. Ümumən bu kimi işlərə bələdiyyələrin, yerli icra orqanları qoşulmalıdır. Bizim bələdiyyələrdən gözləntilərimiz çoxdur. Hansısa nazirlik tərəfindən bu işlərin aparılması çətin olacaq. Amma birgə fəaliyyətdə daha çox nailiyyət əldə edə bilərik".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək