Modern.az

AYB-nin yubileyində şeir və musiqi səsləndiriləcək

AYB-nin yubileyində şeir və musiqi səsləndiriləcək

Aktual

19 Dekabr 2019, 11:28

Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) 85 illik yubleyi keçiriləcək.

 

Modern.az xəbər verir ki, yubley tədbiri saat 19:00-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baş tutacaq.

 

Tədbir haqqında AYB-nin mətbuat katibi Xəyal Rza Modern-az-a ətraflı məlumat verib:

 

“Yubley tədbirinə xarici ölkənin nümayəndəliklərindən qonaqlar dəvət olunmayıb. Ancaq Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndəliklərinin iştirakı gözlənilir. Eyni zamanda, tədbirə Azərbaycan Yazıçılar Birliyinin bölgələr üzrə sədrləri, ədəbi camiyyənin nümayəndələri, nazirliklər və müxtəlif qurumların rəhbərlikləri dəvət olunub. Tədbir həm rəsmi, həm də bədii hissədə olacaq. Rəsmi hissənin açılış proqramında Prezident Administrasiyası nümayəndələrinin çıxışı olacaq. Daha sonra Azərbaycan Yazıçılar Birliyinin rəhbərliklərinin çıxışı, sonda isə şeir və musiqi səsləndiriləcək”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi