Modern.az

Təhsil Nazirliyi teledərslərin effektivliyini ölçmək üçün qiymətləndirmə keçirəcək

Təhsil Nazirliyi teledərslərin effektivliyini ölçmək üçün qiymətləndirmə keçirəcək

Aktual

1 Aprel 2020, 10:07

Təhsil Nazirliyi məktəblərdə tədris bərpa olunduqdan sonra təxirə salınan mövzular üzrə böyük qiymətləndirmə həyata keçirməyi planlaşdırır.

 

Modern.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov deyib.

 

Onun sözlərinə görə, bu qiymətləndirmə nəticəsində teledərslərin nə qədər effektiv olduğu, şagirdlərin proqramdan geri qalıb-qalmadığı müəyyən olunacaq.

 

O.Abbasov qeyd edib ki, bunun nəticəsində müvafiq addımların atılması məqsədilə təkliflər hazırlanaraq hökumətə təkliflər təqdim ediləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək