Modern.az

Bakıda külək xəstəxananın dam örtüyünü uçurdu

Bakıda külək xəstəxananın dam örtüyünü uçurdu

Aktual

23 May 2020, 22:37

Bakıda güclü külək nəticəsində Neftçilər xəstəxanasının cərrahiyə şöbəsinin dam örtüyünün bir hissəsi uçub.

Modern.az xəbər verir ki, hazırda şöbədə heç bir xəstə yoxdur.

Hadisə xəstəxananın Afiyəddin Cəlilov və Yusif Səfərov küçələrinin kəsişməsidə yerləşən hissəsində baş verib.

Polis əməkdaşları tərəfindən təhlükəsizlik məqsədilə hadisənin baş verdiyi ərazidə piyada və avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən dam örtüyünün bərpası istiqamətində tədbirlər görülür. (APA)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək