Modern.az

Orqan transplantasiyası keçirən tibb müəssisələri lisenziya alacaq

Orqan transplantasiyası keçirən tibb müəssisələri lisenziya alacaq

Aktual

4 İyun 2020, 16:35

Azərbaycanda orqan transplantasiyasını həyata keçirən tibb müəssisələrinə lisenziya veriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsində qeyd edilib.

 

Qanun layihəsində bildirilib ki, canlı donordan, yaxud meyit donordan donor orqanın götürülməsi, hazırlanması (konservasiyası), saxlanması, daşınması, transplantasiyası, ölkəyə gətirilməsi və ölkədən çıxarılması yalnız bu fəaliyyətlə məşğul olmağa lisenziyası olan tibb müəssisələri tərəfindən həyata keçirilir.

 

Qeyd edək ki, sənəd Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb və plenar iclasa tövsiyə olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək