Modern.az

Bakı polisi buraxılış imtahanları ilə bağlı məlumat yaydı

Bakı polisi buraxılış imtahanları ilə bağlı məlumat yaydı

30 İyul 2020, 10:15

Paytaxtda növbəti buraxılış (qəbul) imtahanları pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil edilir.

 

Bakı şəhər BPİ Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, iştirakçılar arasında sosial məsafənin qorunmasına və tibbi maskadan istifadə edilməsinə nəzarət olunur.

İmtahan keçirilən ünvanlarda polis və Daxili Qoşunların hərbi qulluqçuları xidmət aparır. Bu məqsədilə ictimai təhlükəsizliyin tam və hərtərəfli təmin olunması üçün bütün zəruri tədbirlər icra olunur.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək