Modern.az

Koronavirus qurbanlarının xatirəsinə abidə ucaldıldı - FOTO

Koronavirus qurbanlarının xatirəsinə abidə ucaldıldı - FOTO

22 Sentyabr 2020, 09:00

Braziliyada koronavirus qurbanlarının dəfn olunduğu qəbiristanlıqda virusdan vəfat etmiş şəxslərin xatirəsinə abidə ucaldılıb.

 

Modern.az xəbər verir ki, 39 metr uzunluqda metal lentdən hazırlanan abidədə COVID-19 virusundan dəfn olunan insanların adları həkk olunub.

 

Abidə braziliyalı memar Kris Santos tərəfindən hazırlanıb. Bildirək ki, Braziliya koronavirusdan ən çox zərər çəkmiş ölkələr siyahısında üçüncüdür.  

 

Qeyd edək ki, indiyə kimi Braziliyada 4 544 629 insan koronavirusa yoluxub, 136 895 xəstə isə pandemiyanın qurbanı olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək