Modern.az

Aqil Abbas Ağdamı ziyarət etdi

Aqil Abbas Ağdamı ziyarət etdi

Aktual

28 Noyabr 2020, 12:26

Milli Məclisin deputatı Aqil Abbas işğaldan azad olunmuş Ağdam şəhərinə baş çəkib.

 

Bu barədə Modern.az-a deputat özü məlumat verib. O qeyd edib ki, hazırda Ağdamdakı vəziyyətlə tanışlıq üçün doğma torpaqlarına yollanıb.

Deputat viran edilmiş Ağdamda gördükləri haqqında mediaya ətraflı məluat verəcəyini söyləyib.

Xatırladaq ki, Aqil Abbas 1953-cü il aprelin 1-də Ağcabədi rayonunun Kolalı kəndində doğulub. 1955-ci ildə 2 yaşında olarkən ailəsi ilə birlikdə Ağdama köçüb.  

 

Qeyd edək ki, deputat 83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən Milli Məclisə üzv seçilib. Hazırda Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, həmçinin Mədəniyyət komitəsinin üzvüdür.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçirilir