Modern.az

Almatıda nazirlərin görüşü 2 gün davam edəcək

Almatıda nazirlərin görüşü 2 gün davam edəcək

10 May 2024, 15:06

Azərbaycan Ermənistanla normallaşma prosesinə böyük diqqət yetirir.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstanın Almatı şəhərində erməni həmkarı Ararat Mirzoyanla görüşdən əvvəl deyib.

 

“Biz bu prosesə böyük əhəmiyyət veririk və işi davam etdirməyə hazırıq. Almatıdakı danışıqların çox faydalı olacağına inanıram. Ümid edirəm ki, qarşıdakı iki gün ərzində hələ də mövcud olan açıq məsələlərin həllini tapmaq üçün müsbət istiqamətdə fəaliyyət göstərəcəyik”, - o qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ