Modern.az

Türkiyədə daha 153 nəfər koronavirusdan öldü

Türkiyədə daha 153 nəfər koronavirusdan öldü

21 Yanvar 2021, 21:57

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 153 nəfər vəfat edib.

 

Modern.az xəbər verir ki, son 24 saatda ölkədə 6289 nəfər COVID-19 infeksiyasına yoluxub.

 

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 6113, ağır xəstələr isə 2074 nəfər olub.

 

Qeyd edək ki, Türkiyədə indiyədək 2 412 505 nəfər koronavirusa yoluxub, onlardan 24 640 nəfəri həyatını itirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək