Modern.az

XİN Macarıstanın notasına cavab verəcək

XİN Macarıstanın notasına cavab verəcək

3 Sentyabr 2012, 10:28

Xarici İşlər Nazirliyi Ramil Səfərovun azadlığa buraxılması ilə bağlı Macarıstanın Azərbaycana göndərdiyi notaya cavab verəcək. Bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Modern.az-a bildirib ki, Macarıstanın göndərdiyi notaya cavab olaraq nazirlik rəsmi məlumat yayacaq.

Qeyd edək ki, Macarıstanın xarici işlər üzrə dövlət katibi Jolt Nemet sentyabrın 2-də Azərbaycanın bu ölkədəki səfiri Vilayət Quliyevlə görüşərək Ramil Səfərovun əfv edilməsi ilə bağlı narahatlıqlarını bildirib və bu ölkənin diplomatik notasını səfirə təqdim edib.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək