Modern.az

Ərdoğan Liviyanın Baş nazirini qəbul etdi - VİDEO

Ərdoğan Liviyanın Baş nazirini qəbul etdi - VİDEO

Aktual

12 Aprel 2021, 19:25

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Prezident iqamətgahında Liviyanın Baş naziri Əbdülhəmid Dbeybəhi qəbul edib.

 

Modern.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Dbeybəhin rəsmi qarşılanma mərasimində tarixi 16 türk dövlətinin bayraqları və əsgərləri də yer alıb.

 

Mərasimdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, daxili işlər naziri Süleyman Soylu, Milli müdafiə naziri hulusi Akar, enerji və təbii sərvətlər naziri Fatih Dönməz, səhiyyə naziri Fahrettin Koca, sənaye və texnologiya naziri Mustafa Varank və digər nazirlər də iştirak ediblər.

 

Qarşılanma mərasimindən sonra Ərdoğanla Dbeybəhin təkbətək görüşü başlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir