Modern.az

Daha 9 koronavirus xəstəsi aramızda AŞKARLANDI

Daha 9 koronavirus xəstəsi aramızda AŞKARLANDI

Aktual

21 Aprel 2021, 09:58

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 20-də respublika ərazisində 9 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

DİN bir daha vətəndaşlardan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayəti xahiş edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!