Modern.az

Azərbaycan qırıcıları İstanbul səmasında şou göstərəcək

Azərbaycan qırıcıları İstanbul səmasında şou göstərəcək

20 Sentyabr 2021, 10:32

21-26 sentyabr arasında İstanbulda keçiriləcək TEKNOFEST-dən (Aerospace and Technology Festival) əvvəl Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Bosfor səmasında salamlama uçuşu edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində qeyd edilir:

 

“Saat 11:00-11:30 (Bakı vaxtı ilə saat 12:00-12:30) arasında gözləriniz İstanbul səmasında olsun.

 

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr və Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarələri Bosfor boğazı üzərində salamlama uçuşu həyata keçirəcək”.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək