Modern.az

Ekspert: \"Qapı açarlarının \"kopyasını\" çıxartmaq asanlaşıb, oğurluq artıb\"

Ekspert: \

4 Yanvar 2022, 17:47

Pamdemiya dövründə insanların normal həyat tərzindən uzaq düşməsi onların davranışlarına da təsir edib. Belə ki, son günlər cəmiyyətdə aqressiv, xoşagəlməz davranışların sayı xeyli artıb. Xoşagəlməz davranışlardan biri də oğurluq hallarıdır. Demək olar ki, hər gün evlərdən, mağazalardan oğurluq edildiyinə dair məlumatlar eşidirik.


Hətta qeyd edə bilərik ki, artıq oğurluq edən şəxslər əziyyət belə çəkmədən asanlıqla girəcəkləri evin açarlarının "kopyasını" çıxartdıra bilirlər.


Sabiq polis rəisi, kiminalist-ekspert Mahmud Hacıyev Modern.az-a məsələni şərh edərkən bildirib ki, hazırda oğurluq edənlərin əksəriyyəti həmin evə gəlib-gedən adamlardır:


“Əvvəllər tanımadığın insanlar evindən oğurluq edirdisə, indi vəziyyət dəyişilib. Çox vaxt evindən oğurluq edən şəxs tanıdığın biri olur. Bununla yanaşı, əvvəllər oğrular evə girməkdə çətinlik çəksələr də, indi heç də çətin deyil. Oğrular ciblərində sabun gəzdirib, açarı onun üzərinə basırlar. Beləliklə, asanlıqla həmin evin açarlarının "kopyasını" çıxara bilirlər.

Açar düzəldilən yerlərə nəzarətə gəldikdə isə bu məsələ bir az çətindir. İllər əvvəl şəhərin 2-3 yerində açar düzəldirdilərsə, indi hər addımbaşı açar düzəldilən yerlə qarşılaşırsan. Bu gün burda açar düzəldirsə, sabah yeşiyini götürüb gedir, başqa yerdə açar düzəldə bilər. Buna necə nəzarət etmək olar? 

Təbii ki, müəyyən məqamlara nəzarətedici qüvvələr var. İcazə verməzlər ki, sərbəst açar düzəltsin və bütün qanunlardan da yayınsın. Sadəcə, hansı açarları düzəltməklərinə nəzarət etmək çətindir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞAD XƏBƏR: ABŞ-da təhsil fürsəti